PSJ-nin futbolçusu Rafinya Alkantara karyerasını İspaniyada davam etdirəcək. Matc.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Real Sosyedad" klubuna keçib. Bu barədə PSJ-nin mətbuat xidməti məlumat yayıb.
 
"Real Sosyedad" Rafinyanı icarəyə götürüb. Braziliyalı futbolçu 2022-ci ilin yayına qədər La Liqa klubunun uğurları üçün çalışacaq.
 
"Barselona"nın yetirməsi olan Rafinya, 2013-2020-ci illərdə bu klubda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest