İsveçdə 2021-ci ilin ən yaxşı futbolçusu bəlli olub. Matc.az xəbər verir ki, Almaniyanın "Leyptsiq" klubunun yarımmüdafiəçisi Emil Forsberq geridə qoymaqda olduğumuz ilin ən yaxşısı elan edilib.
 
30 yaşlı oyunçu karyerasında ilk dəfə ölkəsində "Qızıl top" mükafatına layiq görülüb. ötən mövsüm bu mükafatı İtaliyanın "Milan" klubunun hücumçusu Zlatan İbrahimoviç qazanmışdı. 40 yaşlı forvard ümumilikdə 12 dəfə İsveçin ən yaxşı oyunçusu seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest