Almaniyanın "Bayern" komandasında koronavirusa kütləvi yoluxma qeydə alınıb. Matc.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
 
Belə ki, qapıçı Manuel Noyer, müdafiəçi Omar Riçards, yarımmüdafiəçilər Kinqsli Koman və Korenten Tolissonun koronavirus testi pozitiv nəticələnib. Onlarla yanaşı, baş məşqçinin köməkçisi Dino Topmöllerdə də infeksiya aşkarlanıb.
 
Yoluxanların özlərini yaxşı hiss etdikləri və evdə təcrid olunduqları bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest