Almaniyanın "Bayern" klubunun daha iki futbolçusunda koronavirus aşkarlanıb. Matc.az klubun saytına istinadən xəbər verir ki, müdafiəçilər Lukas Hernandes və Tanqi Kuassinin koronavirus testi müsbət çıxıb. Hər iki oyunçunun səhhətinin yaxşı olduğu və evdə təcrid olunduqları diqqətə çatdırılıb.
 
"Bayern"də daha əvvəl Manuel Noyer, Korenten Tolisso, Kinqsli Koman və Omar Riçardsda koronavirus aşkarlandığı açıqlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest