"Fənərbaxça"nın prezidenti Əziz Yıldırım Çempionlar Liqasının ümumi mərhələsinin I turunda "Roma" ilə matçdan (1:1) sonra istefa verən baş məşqçi İsmayıl Kartalın qərarına sərt reaksiya göstərib.

Matc.az xəbər verir ki, bu barədə "beINsports.com.tr" portalı məlumat yayıb.

"Biz Çempionlar Liqasına vəsiqə qazanmışı. Bu, bir uğurdur. Əgər bir məşqçi 18 ildən sonra ilk dəfə bu nəticəni əldə edirsə, onu alqışlamaq əvəzinə, yerə basdırırsınız. Sonra da mediada şərhlər yazılır. Özünü "Fənərbaxça" azarkeşi adlandıran bütün şərhçilər kluba xəyanət edirlər.

Bir-iki ildən sonra biz burada olmayacağıq. Biz bura niyə gəlmişik? Uşaqlar indi sevinirlər. Onlar forma geyinir və oyunlara gəlirlər. Siz isə bu uğura kölgə saldınız. Mən bununla razı deyiləm.

İsmayıl Kartal öz vəzifəsində qalır və işinə davam edir. Amma siz onun başına şüşə butulkalar ataraq ona dəstək ola bilməzsiniz. Çempionlar Liqası matçı 1:1 hesabı ilə başa çatdı. Meydanda böyük taktiki mübarizə gedirdi. Bunu görməmək ayıbdır. Gəlin ictimaiyyətə düzgün mesajlar verək. Klubların adından danışmayın.

Mən indicə İsmayıl Kartalla danışdım. O, mənə tərəf atılan butulkadan və təzyiqlərdən bəhs etdi. Əziz Yıldırım olaraq deyirəm: mövsümə bir məşqçi ilə başlamışamsa, iki istisna hal xaric, mövsüm bitənə qədər ondan heç vaxt ayrılmamışam.

İsmayıl Kartalın işinə davam edəcəyini deməyinə ehtiyac yoxdur. Mən ondan yaşca böyüyəm və onun qalacağını özüm söylədim. Vəssalam. Biz bir ailəyik.

Hesab 1:1 olarkən ona butulkalar atır, qışqırırdılar. Mən getməyənə qədər İsmayıl Kartal da buradan getməyəcək".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest