Çempionlar Liqasının Liqa mərhələsinin I turunun oyunları Nepalda baş verən daşqın qurbanlarının xatirəsinə həsr olunmuş 1 dəqiqəlik sükutla başlayacaq.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Avropa futbolu avqustun 26-da Nepala üz verən dağıdıcı daşqınların qurbanlarının xatirəsini yad edəcək. Bu həftə UEFA Çempionlar Liqasının bütün oyunlarından əvvəl 1 dəqiqəlik sükut elan ediləcək, həmrəylik və dəstək əlaməti olaraq xüsusi banner açılacaq. Bannerin üzərində "Nepal, sən tək deyilsən" sözləri qeyd olunacaq.

"Bu həftəki oyunlardan əvvəl bütün Avropa futbol ailəsi dərin başsağlığı və Nepal xalqına dəstək ifadə etmək üçün birləşəcək. Biz onlara bu faciə və onun fəsadlarından sonrakı bərpa prosesində güc və iradə arzulayırıq", – deyə Aleksander Çeferin vurğulayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest