Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə 9-14 yanvar tarixlərində Türkiyənin Antalya şəhərində Türkiyə, Niderland, Belçika, Fransa, Yunanıstan, BƏƏ, Gürcüstan və digər ölkələrin iştirakı ilə təlim məşq toplantısı keçiriləcək. Matc.az xəbər verir ki, cüdo üzrə Azərbaycan milli komandasının 36 nəfərlik heyəti 24 kişi, 12 qadın olmaqla yanvar ayının 8-də Antalyaya yola düşəcək.
 
Kişilərdən ibarət komandaya  baş məşqçi Mövlud Mirəliyev, qadınlardan  ibarət komandaya isə baş məşqçi Rəşad Məmmədov başçılıq edəcək.
 
Xatirladaq ki, yanvarın 27-də milli komandamız Portuqaliyanın Odivelas şəhərinə cüdo üzrə qran-pri və 3 fevral tarixində isə Parisə "Böyük Dəbilqə" turnirinə yollanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest