İtaliya Kubokunda 1/4 final mərhələsinə start verilib. Matç.az saytının məlumatına görə, ilk gündə bir görüş baş tutub.
"Milan" doğma azarkeşləri önündə "Napoli"ni qəbul edib. Oyun "rossonyerlər"in 2:0 hesablı qələbəsi ilə nəticələnib. Yeni transfer Kşiştof Pyontekin 16 dəqiqə ərzində dublu "Milan"ı qalibiyyətə, həmçinin yarımfinala daşıyıb.
İtaliya Kuboku
1/4 final
"Milan" - "Napoli" - 2:0
Pyontek, 11, 27