İngiltərənin "Everton" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Aston Villa"nın yarımmüdafiəçisi Ənvər El Qazini heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb. Niderlanddan olan vinger yeni komandasında 34 nömrəli formanı geyinəcək.
 
El Qazi 2018-ci ilin avqustundan "Aston Villa"da çıxış edir. O, bu mövsüm sözügedən komandanın heyətində 12 matça çıxıb, 3 qola imza atıb.
 
Niderland yığmasında da 2 oyun keçirmiş futbolçu, əvvəllər "Ayaks" və "Lill" klublarının formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest