08 Noyabr 2026, 13:11
FUTBOL
“Fənərbağça” bu gün Türkiyə Super Liqasının XI turunda səfərdə “Çorum FK” ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, Çorum şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.
İstanbul təmsilçisi meydana yeni baş məşqçisi Emre Belözoğlunun rəhbərliyi altında çıxacaq. 46 yaşlı mütəxəssis 5,5 illik fasilədən sonra yenidən “Fənərbağça”nın sükanı arxasına keçib.
Komanda son iki turda “Qalatasaray” və “Göztəpə”yə 1:2 hesabı ilə məğlub olub. Buna görə də İstanbul klubu uğursuz seriyaya son qoymağa çalışacaq.
Qeyd edək ki, qarşılaşmanı Abdullah Buğra Taşkınsoy idarə edəcək. “Fənərbağça”da Arçi Braun cəza, Marko Asensio və Neytan Ake isə zədə səbəbindən meydana çıxa bilməyəcəklər.












