Bu gün yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib. Matc.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil olunan yarışın ilk günündə yeniyetmə qızlar və oğlanlar  arasında ümumilikdə 6 çəki dərəcəsində qalib və mükafatçılar müəyyən edilib.
 
İlk yarış günündə mükafatçılar sırasında yer alan idmançıların siyahısını təqdim edirik:
 
-36 kq
1. Əşrəfova Minarə - Zərdab rayonu 
2. Səlimova Nurcahan - Mingəçevir şəhəri
 
-48 kq
1. Hacıyeva Vüsalə - U13 klubu
2. Dəmirova Leyla – U13 klubu
3. İsmayılzadə Araz – U10 klubu
3. Quliyeva Təranə - Şabran şəhəri
 
-63 kq
1. Toholliyeva Kamilla – Zaqatala rayonu 
2. Atayeva Leyla – Neftçi klubu
3. Əlibəyli Nigar -  8İO klubu
3. Səfiyeva Aysel – Neftçi klubu
 
-46 kq 
1. Əzizov Famil – Xaçmaz şəhəri
2. Mahmudlu Simran – U13 klubu
3. Heydərli Kamran – İOEUGİSM-1 klubu
3. Məmmədov Elvin – Bərdə şəhəri
 
-60 kq
1. İmranov Nizami – U13 klubu
2. Allahverdiyev Fariz – Neftçi klubu
3. Cavadov Murad – Gəncə şəhəri 
3. Səmədov Allahverdi - Zaqatala rayonu
 
-81 kq
1. Bağışov Camal – Neftçi klubu 
2. İbrahimov Eldar – Neftçi-Sumqayıt klubu
3. Muradov Murad – U10 klubu 
3. Məmmədov Əbdüləziz – J12 klubu
 
Xatırladaq ki, yarışlar yanvarın 16-na qədər davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest