“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Marsel “Olimpik”i İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Sead Kolaşinaçı transfer edib. Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.
 
Bosniya və herseqovinalı müdafiəçi ilə müddəti 2023-cü ilin yayınadək olan müqavilə imzalanıb. Liqa 1 təmsilçisi daha əvvəl konqolu hücumçu Sedrik Bakambunu transfer edib.
 
“Qarabağ”la Marsel “Olimpik”i arasındakı ilk oyun fevralın 17-də Fransa, cavab oyunu isə fevralın 24-də Bakıda keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest