Portuqaliya millisinin vingeri Pedru Netu Londonun "Çelsi" klubu ilə müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yeni müqavilə 6 il – 2032-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Futbolçunun əvvəlki sözləşməsi 2031-ci ilin yayına qədər qüvvədə idi.
Netu 2024-cü ilin yayından, londonlular onun üçün "Vulverhempton"a 60 milyon avro ödədikdən bəri "Çelsi"də çıxış edir. Bu müddət ərzində 26 yaşlı vinger "Çelsi"nin heyətində bütün turnirlərdə ümumilikdə 108 matç keçirib, 21 qol və 19 məhsuldar ötürmə ilə yaddaqalıb.
Pedru Netu Portuqaliya millisinə 2020-ci ildə debüt edib. Hazırda o, milli komandanın heyətində 30 qarşılaşmada meydana çıxıb, 3 qol vurub və 5 qolun ötürməsini verib.













