Polşanın "Visla" (Plotsk) komandasının müdafiəçisi Anton Krivotsyuk Azərbaycan çempionu "Neftçi"yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Matc.az xəbər verir ki, millimizin də üzvü olan futbolçu sabiq komandası ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra "ağ-qaralar"ın rəsmi telekanalına açıqlamasında bunları söyləyib:
 
"Keçmiş komanda yoldaşlarımla görüşmək və eyni meydanı bölüşmək əla hissdir. Görüş ağır keçdi. "Neftçi"də toplanışın intensivliyi aşağıya doğru gedir. Biz isə bura dünən gəlmişik və 2 ağır məşqimiz olub. Rəqibin bizdən daha yaxşı olduğu meydanda da görünürdü".
 
24 yaşlı oyunçu Belçika klublarının maraq dairəsində olması ilə bağlı xəbərlərə də aydınlıq gətirib: "Məndə bu cür məlumat yoxdur. İlk dəfədir eşidirəm".
 
Krivotsyuk Polşa "Legiya"sından ayrılmaq istəyən Mahir Emrelinin durumu haqqında isə danışmaq istəməyib: "Mahirin özünə sual versəniz, daha yaxşı olar".
 
Xatırladaq ki, Anton Krivotsyuk Plotsk "Visla"sına ötən yay "Neftçi"dən keçib. O, bu gün Antalyada baş tutan matçın ikinci hissəsində meydana buraxılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest