“Neftçi” heyətinə daha bir futbolçu cəlb edir. Paytaxt  təmsilçisinin xeyli vaxtdır transfer etmək istədiyi Azərbaycan əsilli rusiyalı futbolçu Azər Əliyevlə apardığı danışıqlar artıq başa çatmaq üzrədir.  Bu barədə matc.az saytına komandanın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.  O bildirib ki, 27 yaşlı yarımmüdafiəçi ilə danışıqlar müsbətə doğru gedir: “Hələlik rəsmi anlaşma yoxdur, amma danışıqlar davam edir”.

A.Əliyev uzun müddətdir Rusiya Premyer Liqasında çıxış edir. Hazırda “Ufa” klubunda forma geyinən futbolçu əvvəllər “Tambov”, “Krılya Sovetov” və “Yenisey” komandalarının da şərəfini qoruyub.

Qeyd edək ki, “Neftçi” qış fasiləsində Azər Salahlı, Eddi İsrafilov və Gilyerme Patonu transfer edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest