27 Yanvar 2022, 15:25
DÖYÜŞ NÖVLƏRİ
Bu gün Rusiyanın Krasnoyarsk şəhərində 2 qat olimpiya çempionu İvan Yarıginin xatirə turnirinə start verilib. Matc.az xəbər verir ki, ilk yarış günündə qadınlardan ibarət millimizin 2 üzvü xalça üzərinə çıxıb.
Şəhanə Nəzərova (50 kq) ilk görüşdə rusiyalı Darima Sanjeyevaya minimal fərqlə uduzub - 2:3. Alyona Kolesnik (59 kq) startda rusiyalı Yuliya Artışkoya "tuşe" ilə qalib gəlib. Yığmamızın təcrübəli üzvü 1/4 finalda Monqolustan təmsilçisi Şovdur Baatarjavı isə sonuncu xal prinsipinə əsasən (6:6) üstələyərək yarımfinala yüksəlib. Kolesnik yarımfinalda da Rusiya nümayəndəsi ilə qarşılaşıb. Yuliya Alborova üzərində tam üstünlüklə qələbə (14:1) qazanan Alyona adını finala yazdırıb.
Qeyd edək ki, təmsilçimiz sabah həlledici görüşdə rusiyalı Jarqalma Tsırenova ilə qarşılaşacaq.