Cüdo üzrə Portuqaliya qran-prisində iştirak etmək üçün bu ölkənin Almada şəhərinə yollanan Azərbaycan millisinin bəzi üzvlərində PCR testin nəticələri pozitiv olduğu üçün onlar yarışlara buraxılmayıblar.
 
Matc.az xəbər verir ki, ikinci dəfə götürülən testdən sonra nəticələri neqativ olan aşağıdakı idmançılar sabah başlayan yarışda Azərbaycanı təmsil edəcəklər:
 
-60 kq
Balabəy Ağayev
Rövşən Əliyev
 
- 100 kq
Adil Kərimli
 
+100 kq
Uşanqi Kokauri
İmran Yusifov
 
Aşağıdakı heyət üzvləri qeyd edilən səbəblərdən yarışda iştirak edə bilməyəcəklər:
 
-66 kq
Yaşar Nəcəfov - Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, lakin texniki səbəbdən Portuqaliyaya göndərilməyib 
 
- 73 kq
Nəriman Mirzəyev - Bakıda 24 yanvarda verilən testin nəticəsi pozitiv olduğu üçün Portuqaliyaya göndərilməyib
 
Zaməddin Poladov  - Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, lakin texniki səbəbdən Portuqaliyaya göndərilməyib
 
- 81 kq
Zelim Tçkayev - Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, Portuqaliyada ilk test neqativ, ikinci test pozitiv olduğu üçün yarışa buraxılmayıb
 
-90 kq
Rüfət İsmayılov - Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, lakin texniki səbəbdən Portuqaliyaya göndərilməyib
 
-48 kq
Aydan Vəliyeva - 21 və 24 yanvarda verilən testlərin nəticəsi neqativ olub, Portuqaliyada ilk test pozitiv olduğu üçün yarışa buraxılmayıb. 
Şəfəq Həmidova - 21 və 24 yanvarda verilən testlərin nəticəsi neqativ olub, Portuqaliyada ilk test pozitiv olduğu üçün yarışa buraxılmayıb. 
 
-52 kq
Səbinə Əliyeva - 21 və 24 yanvarda verilən testlərin nəticəsi neqativ olub, Portuqaliyada ilk test pozitiv olduğu üçün yarışa buraxılmayıb. 
 
Bundan başqa, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və kişilərdən ibarət milli yığmanın böyük məşqçisi Elçin İsmayılovda da PCR testin nəticəsi pozitiv olduğu üçün yarışa buraxılmayıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest