"Neftçi" daha bir transferə imza atıb. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevlə 3,5 illik müqavilə imzalanıb.
 
27 yaşlı yarımmüdafiəçi yeni komandasının heyətində 7 nömrəli formanı geyinəcək.
 
Sonuncu klubu Rusiya Premyer Liqasında mübarizə aparan "Ufa" (2018-2020, 2021-2022) olan Əliyev Rusiyanın "Yenisey" (2012-2017), "Saxalin" (2013), "Krılya Sovetov" (2017-2018) və "Tambov" (2021) komandalarında da çıxış edib.
 
"Neftçi" bundan əvvəl müdafiəçi Azər Salahlı, yarımmüdafiəçilər Eddi İsrafilov, Gilyerme Pato və qapıçı İvan Brkiçi transfer etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest