Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya kubokunda ikinci olub. Matc.az xəbər verir ki, yığma finalda Fransaya 39:45 hesabı ilə uduzub.
 
Xatırladaq ki, komandamız yarımfinalda Bolqarıstanı 45:32 hesabı ilə məğlub edərək finala yüksəlib. İlk görüşündə ABŞ-a 45:39 hesabı ilə qalib gələn sablyaçılarımız 1/4 finalda da Macarıstanı eyni hesabla üstələmişdib.
 
Azərbaycan yığmasının heyətində Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviç mübarizə aparıb. Anna Başta ötən gün fərdi yarışlarda da çempion olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest