30 Yanvar 2022, 21:18
DÖYÜŞ NÖVLƏRİ
Rusiyanın Krasnoyarsk şəhərində ikiqat olimpiya çempionu İvan Yarıginin xatirəsinə həsr olunmuş qran-pri turniri keçirilib. Matc.az xəbər verir ki, yanvarın 29-da qadınlardan ibarət millimizin üzvü Birgül Soltanova (62 kq) fəxri kürsüyə qalxıb.
1/4 finalda monqolustanlı Tserençimed Sukxeyə məğlub olan həmyerlimiz rusiyalı Alyona Timofeyevaya "tuşe" ilə qalib gələrək ənənəvi yarışın bürünc medalına sahib çıxıb.
Beləliklə, komandamız turniri 1 qızıl və 1 bürünc medalla başa vurub.
Xatırladaq ki, daha öncə Alyona Kolesnik (59 kq) yarışda çempion olmuşdu.