Azərbaycan taekvondoçuları ənənəvi "Turkish Open" beynəlxalq turnirində iştirak edəcək. Matc.az xəbər verir ki, Antalyada keçiriləcək G2 kateqoriyalı turnirdə ölkəmizi 22 kişi və 8 qadın idmançı təmsil edəcək.
 
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandoust və böyük məşqçi Sənan Həşimov, qadınlardan ibarət milli komandanın baş məşçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Rəşad Məmmədovun rəhbəliyi ilə yarışda iştirak edəcək komandamızın heyət açıqlanıb.
 
Kişilər: Bəhruz Quluzadə, Səyyad Dadaşov, Rahid Vəliyev (54 kq), Pərviz İsgəndərov, Yusif Qurbanov, Ruslan Seyidov (-58 kq), Qaşım Maqamedov, Əli Məmmədov, Qasım Aslanov, Xanoğlan Kərimov (-63 kq), Əbülfət Zülfüqarov, Samir Məhərrəmov, Yaşar Məmmədli (-68 kq), Eltac Qafarov, Cavad Ağayev (-74 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Səid Quliyev (-80 kq), Milad Beigi Hərçəqani, Taleh Süleymanov (-87 kq), Radik İsaev, Xəyyam Ağayev (+87 kq).
 
Qadınlar: Minayə Əkbərova, Sona Ağayeva (-46 kq), Röya Hacıyeva (-49 kq), Patimat Abakarova (-53 kq), Səidə Əliyeva (-57 kq), Fatimə Məcidova, Nuranə İbrahimova (-62 kq), Fəridə Əzizova (-67 kq).
 
49 ölkədən 1250 taekvondoçunun qatıldığı turnirdə, fevralın 12-də qadınlar, 13 fevral tarixində isə kişilər mübarizəyə qoşulacaq. ATF-in baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev, Elşad Məmmədov və Aygül Abdullayeva yarışı idarə edəcək hakimlər arasında yer alıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest