Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə açıq Avropa turniri keçirilir. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığması bu turnirə 18 idmançı ilə qatılıb.
 
Komandamız ilk gündə 2 medalla kifayətlənib. 60 kq çəki dərəcəsində mübarizə aparan Samir Piriyev və Turan Bayramov bütün rəqiblərinə qalib gələrək finala çıxıblar. Onlar həlledici görüşdə bir-biri ilə üz-üzə gəliblər. Bayramov qarşılaşmanı qızıl xal bölümündə ipponla başa vurub. Nəticədə o, qızıl, Piriyev isə gümüş medal əldə edib.
 
Azərbaycanın daha bir təmsilçisi Ruslan Paşayev də 66 kq çəkidə bürünc medal görüşünə çıxıb. Onun rəqibi fransalı Robin Korrado olub. Bu görüşdə məğlub olan idmançımız 5-ci yerlə kifayətlənib.Turan Bayramov Sarayevoda çempion oldu
 
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə açıq Avropa turniri keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan yığması bu turnirə 18 idmançı ilə qatılıb.
 
Komandamız ilk gündə 2 medalla kifayətlənib. 60 kq çəki dərəcəsində mübarizə aparan Samir Piriyev və Turan Bayramov bütün rəqiblərinə qalib gələrək finala çıxıblar. Onlar həlledici görüşdə bir-biri ilə üz-üzə gəliblər. Bayramov qarşılaşmanı qızıl xal bölümündə ipponla başa vurub. Nəticədə o, qızıl, Piriyev isə gümüş medal əldə edib.
 
Azərbaycanın daha bir təmsilçisi Ruslan Paşayev də 66 kq çəkidə bürünc medal görüşünə çıxıb. Onun rəqibi fransalı Robin Korrado olub. Bu görüşdə məğlub olan idmançımız 5-ci yerlə kifayətlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest