15 Fevral 2022, 20:56
DÖYÜŞ NÖVLƏRİ
Yeniyetmə və gənclər arasında karate üzrə 22-ci Azərbaycan birinciliyi başa çatıb. Matc.az xəbər verir ki, müxtəlif bölgələrdən 30-dan artıq klubu təmsil edən 500-dən çox idmançının iştirak etdiyi ölkə birinciliyində "Təhsil" RİM 12 qızıl, 9 gümüş və 12 bürünc medalla birinci yeri tutub.
"Qara qaplan" klubu 10 qızıl, 10 gümüş, 13 bürünc medalla ikinci yerə sahib olub. Hərəyə 6 qızıl, 2 gümüş və 7 bürünc medal qazanan "Arpaçay" klubunun və DİN idman cəmiyyətinin karateçiləri isə 3-4-cü yerləri bölüşüblər.
Yeniyetmə və gənclərin respublika birinciliyində fərqlənən idmançılar iyunda çexiyanın paytaxtı Praqada keçiriləcək Avropa çempionatında iştirak etmək üçün təlim-məşq toplanışına qatılacaqlar.