Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakıda təlim-məşq toplanışı keçir. Matc.az xəbər verir ki, fevralın 10-da start götürən hazırlıq prosesi ayın 23-dək davam edəcək.
 
Millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında gündə 2 məşq keçir. Hazırlıq prosesi əsasən taktiki-texniki çalışmalardan ibarətdir. Olimpiya Güləş Mərkəzində təşkil olunan toplanış qarşıdan gələn məsul yarışlara hazırlıq xarakteri daşıyır.
 
Millimizin 2022-ci ildə ilk sınağı reytinq turniri olacaq. Belə ki, komandamız fevralın 24-27-si aralığında Türkiyənin İstanbul şəhərində keçiriləcək Vehbi Əmrə turnirində mübarizə aparacaq. Yığmamız üçün əsas yarışlar isə marta təsadüf edəcək. Gələn ayın əvvəllərində (7-13 mart) Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı keçiriləcəksə, ayın sonunda (28 mart - 3 aprel) Macarıstanın paytaxtı Budapeştdə böyüklərin analoji yarışına start veriləcək.
 
<iframe width="661" height="350" src="https://www.youtube.com/embed/QBoS9vKjIh0" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest