20 Fevral 2022, 11:37
DÖYÜŞ NÖVLƏRİ
"ASED Fighting Championship" (AFC ASED) liqasının 70.3 kiloqram çəki dərəcəsində ölkə üzrə birinci nömrəsi, "TT Fight Club"un təmsilçisi Ramin Sultanov Həbib Nurməhəmmədovun rəhbəri olduğu "Eagle FC" liqasında növbəti döyüşünə çıxıb.
Matc.az xəbər verir ki, Moskvada keçirilən "EFC-45" turnirində MMA döyüşçümüzün rəqibi yerli idmançı Dinislam Kamavov olub. Təmsilçimiz rəqibinə birinci raundda qalib gəlib.
Peşəkar karyerasında məğlubiyyətsizlik seriyasını davam etdirən Ramin Sultanov EFC-də ilk döyüşündə də inamlı qələbə qazanıb.