Azərbaycanın tanınmış karateçisi Rafael Ağayev beynəlxalq arenadakı rəqiblərinə ismarış göndərib. Matc.az xəbər verir ki, 37 yaşlı təcrübəli idmançı bu barədə instaqramda paylaşım edib.
 
5 qat dünya və 11 qat Avropa çempionu "Darıxmayın, 75 kq çəki dərəcəsində olanlar. Tezliklə tatamiyə gələcəyəm" yazıb.
 
Azərbaycanın qadın karateçisi İrina Zaretska həmin posta "Səni gözləyirik" şərhini yazıb.
 
Qeyd edək ki, Rafael Ağayev O, 2021-ci ildə keçirilmiş Tokio Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində gümüş medal qazanıb. O, Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərindəki Premyer Liqaya öz istəyi ilə yollanmayıb.
 
Son yarışda 75 kq-da misirli Abdelaziz Abdulla qızıl, macarıstanlı Qabor Harspataki gümüş, ukraynalı Stanislav Haruna bürünc medala sahib çıxıb. Harspataki və Haruna Tokio olimpiadasında bürünc medal qazanıb. Ağayevin olimpiadanın finalında uduzduğu italiyalı Luici Busa yarışa qatılmayıb. Əvəzində onun həmyerlisi Lorenzo Pietromarçi 7-ci olub.
 
Azərbaycan karateçilərindən Premyer Liqada Zaretska (68 kq) qızıl, Tural Ağalarzadə (67 kq) gümüş, Turqut Həsənov (84 kq) bürünc medala sahib olub.
 
Rafael Ağayev olimpiadadan sonra yalnız "Karate Combat"da mübarizə aparıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest