Futbol üzrə Avropa Liqası və Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşlərindən sonra həftənin ən yaxşı oyunçuları müəyyənləşib. Matc.az xəbər verir ki, Avropa Liqasında Portuqaliyanın "Braqa" komandasının hücumçusu Rikardo Horta ən yaxşı seçilib. O, Moldova "Şerif"inə 2:0 hesabıyla qalib gəldikləri matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Avroliqada həftənin ən yaxşı oyunçusu adına Ceyms Tavernye ("Reyncers", Şotlandiya), Mehdi Taremi ("Portu", Portuqaliya) və Ruslan Malinovski ("Atalanta", İtaliya) də namizəd idi.
 
Konfrans Liqasında isə İngiltərənin "Lester Siti" komandasının yarımmüdafiəçisi Ceyms Meddison ən yaxşı seçilib. O, "Randers"ə səfərdə 3:1 hesabıyla qalib gəldikləri matçda dubla imza atıb. Bu turnirdə həftənin ən yaxşısı adına namizədlər arasında Ola Solbakken ("Bodo Qlimt", Norveç), İra Sor ("Slaviya", çexiya) və Eli Dasa ("Vitess", Niderland) da var idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest