"Qarabağ"ın futbolçusu Kadi Borges Avropa Konfrans Liqasının pley-off mərhələsində Marsel "Olimpik"inə qarşı Bakıda keçirdiləri oyunla (0:3) bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu barədə "İnstaqram" hesabında paylaşım edib.
 
Braziliyalı yarımmüdafiəçi bildirib ki, Ağdam təmsilçisini təkcə komanda adlandırmaq çox azdır:
 
"Bu komanda ilə fəxr edirəm. Biz həm də bir ailəyik. "Olimpik"lə oyunda bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Stadionun dolu olduğunu görmək həyəcanlı idi. Daha yaxşı günlər qabaqdadır".
 
"Qarabağ" iki oyunun nəticəsinə görə Fransa klubuna uduzaraq, Konfrans Liqasında mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest