"Əcnəbi mütəxəssislərin qarşısında qoyulan vəzifələrdən biri yerli məşqçilərə də dəstək olmaqdır. Mövlud Mirəliyevə təşəkkür edirəm. O və digər məşqçilər millidə fəaliyyətlərini davam etdirəcəklər"

"Cüdonu maksimum kütləviləşdirmək istəyirik. Bunlar əsasında məsləhətçi şirkətlə birgə strategiya müəyyənləşdirilib". Matc.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev deyib.
 
Qurum rəhbəri sistemlilikdə problemlərin olduğunu və bu səbəbdən ölkəyə xaricdən mütəxəssislərin dəvət edildiyini bildirib:
 
"Qarşımızda duran vəzifə hansı addımların atılmasını müəyyənləşdirməkdir. İlk addımımız xarici mütəxəssislərin cəlb edilməsi, infrastruktur, beynəlxalq əlaqələr kimi məsələləri dəyərləndirmək üçün beynəlxalq məsləhətçilər cəlb etməkdir. Son illərin nəticələrinə baxsaq, aparıcı cüdo ölkəsi olduğumuzu deyə bilərik. Cüdonu maksimum kütləviləşdirmək istəyirik. Bunlar əsasında məsləhətçi şirkətlə birgə strategiya müəyyənləşdirilib. Sistemdə və sistemlilikdə müəyyən problemlərin olduğunu deyə bilərik. Ona görə də qərara gəldik ki, xarici baş məşqçi dəvət edərək bu sistemi yaradaq. Performans direktoru vəzifəsinə Belçika yığmasının uzun müddət baş məşqçisi olmuş və Hollandiya klubunda çalışmış Mark van der Hamı, baş məşqçi vəzifəsinə isə Almaniya yığmasının baş məşqçisi olmuş Riçard Trautmanı dəvət etdik. Hər ikisi yüksək nəticələr göstərmiş mütəxəssisdir".
 
ACF rəhbəri indiyədək millidə çalışmış bütün mütəxəssislərə təşəkkür edib: "Əcnəbi mütəxəssislərin qarşısında qoyulan vəzifələrdən biri yerli məşqçilərə də dəstək olmaqdır. Mövlud Mirəliyevə təşəkkür edirəm. O və digər məşqçilər millidə fəaliyyətlərini davam etdirəcəklər. Son yarışlarda uğurlarımız onların bacarıqlarını göstərir. Amma yeni yanaşma xarici mütəxəssislərlə çalışmanı tələb edir".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest