"çalışacağıq ki, Poreçdə ən yaxşısını edib, himnimizi səsləndirək və üçrəngli bayrağımızı yüksəklərə qaldıraq". Matc.az xəbər verir ki, bunu boks üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Nəriman Abdullayev 13 - 23 martda Xorvatiyanın Porets şəhərində təşkil olunacaq Avropa çempionatına hazırlıq barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.
 
Mütəxəssis medallarla bağlı proqnoz verməsə də, yığmada yer alacaq hər bir idmançıya böyük ümid bəslədiyini bildirib: "Əsas hədəf Avropa çempionatında Azərbaycanın idman şərəfini layiqincə qorumaq və Bakıya mükafatlarla qayıtmaqdır. Ad və ya medal sayı açıqlaya bilməyəcəyəm. Amma komandamıza federasiya rəhbərliyinin də, bizim də ümidimiz böyükdür. Bir sözlə, komandamızın medallar qazanacağına ümidvarıq".
 
Abdullayevin sözlərinə görə, 19 - 22 yaşlı oğlan boksçulardan ibarət yığmanın turnir üçün Bakı Boks Mərkəzində keçirilən təlim-məşq toplanışı yüksək səviyyədə davam edir: "Komandanın heyətinə 10-dək idmançı çağırmışıq. Hazırda əsas millidən köməkçi boksçular da bizimlə birlikdədir. Bu, gənclərin daha təcrübəlilərlə sınaq döyüşləri keçirməsi və hazırlıqlı olması üçün atılan addımdır. Birgə təlim-məşq toplanışının hər 2 komandanın üzvlərinə faydalı olacağına inanıram".
 
O, düşərgəyə dəvət etdiyi boksçuların hazırkı durumunu da dəyərləndirib: "Düzdür, koronavirus pandemiyası səbəbindən bir balaca çətinliklər yaşadıq. ölkə çempionatı və gənclər arasında Azərbaycan birinciliyi də bir qədər gec keçirildi. Amma bunun bizim işimizə və uğurlu çıxışımıza təsiri olmayacaq. Avropa çempionata hazırlıq üçün qısa müddət qalsa da, yarışa komandamızın tam hazır olması üçün əlimizdən gələni edirik. Hədəfimiz Xorvatiyada yaxşı çıxış etməkdir. Hazırda komandanın vəziyyəti pis deyil. Federasiya lazımi şəraiti yaradılıb, hər şey qaydasındadır və yaxşı hazırlıq keçirik. Martın 11-də turnirin təşkil ediləcəyi Xorvatiyada olmağı planlaşdırırıq. Bu da yarış məkanına öyrəşmək və Poreçdə də təxminən 2 gün məşqlərimizi davam etdirməyə hesablanıb".
 
Böyük məşqçi heyətlər bəlli olduqdan sonra rəqibləri analiz edib, boksçulara ətraflı məlumat veriləcəyini vurğulayıb: "Hər şey plan üzrə getdiyi üçün səfərə böyük ümidlərlə yollanacağıq. Bildiyiniz kimi, boks yarışları digər növlərlə müqayisədə bir qədər çox çəkir. Avropa çempionatı da 11 günlük uzun marafondur. Hələlik hansı çəki dərəcələrində mübarizə aparacağımızı dəqiqləşdirməmişik. Hər şey təlim-məşq toplanışının gedişindən asılıdır. çempionata az qalmış səfərə yollanacaq boksçularımızın adları bəlli olacaq. Əsas odur ki, hər bir idmançımız səylə çalışır və ölkə xaricində uğur qazanmaq üçün yorulmadan məşq edir".
 
Qeyd edək ki, 13 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatının püşkü martın 12-də atılacaq. Bir gün sonra yarışa start veriləcək. Qitənin ən güclüsünün adına isə martın 23-də aydınlıq gələcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest