Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə cari ilin mart ayından başlayaraq aprel ayının ilk günlərinədək respublikanın 8 bölgəsində (54 rayon və şəhərin iştirakı ilə) 15 yaşa qədər yeniyetmə cüdoçuların bölgə birincilikləri keçiriləcək.
 
Matc.az xəbər verir ki, ilk turnirlər mart ayının 5-də Naxçıvan və  Göygöldə olduqdan sonra, növbəti yarışlar sırası ilə mart ayının 7-də Mingəçevirdə, 12-də Balakəndə, 14-də İsmayıllıda, 16-da Qusarda, 18-də Masallıda, 6-7 aprel tarixlərində isə Sumqayıtda təşkil olunacaq.
 
Yarışlarda 2008-2010-cu il təvəllüdlü idmançılar medallar uğrunda mübarizə aparacaqlar.
 
Turnirin mükafatçıları 6-8 may tarixlərində Bakı şəhərində keçiriləcək kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinə vəsiqə qazanacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest