06 Mart 2022, 13:45
DÖYÜŞ NÖVLƏRİ
Beynəlxalq Boks Asossasiyası Rusiya və Belarus təmsilçilərini boks turnirlərindən kənarlaşdırıb. Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, bu qərar yalnız idmançılara deyil, rəsmilərə, hakimlərə də şamil olunur.
2022-ci ildə Rusiya və Belarusda keçirilməsi planlaşdırılan beynəlxalq tədbirlərin ləğvi də təsdiqlənib. Eyni zamanda, assosiasiya rəhbərliyi ukraynalı boksçulara kömək məqsədi daşıyan tədbirlərə hərtərəfli dəstək təklif edib.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.