Futbol üzrə İngiltərə Premyer Liqasında 28-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
"Arsenal" səfərdə "Uotford"la qarşılaşıb. Beş qolun qeydə alındığı bu oyunda "topçular" çətin qələbəyə seviniblər.
 
Tur Mançester derbisiylə əlamətdar olub. çempionatın lideri "Mançester Siti" "Etihad" stadionunda əzəli rəqibi "Mançester Yunayted"i qəbul edib. Komandaların turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq, oyuna maraq böyük idi. Bu oyunadək baş tutan 186 derbidə "qırmızı şeytanlar"ın üstünlüyü vardı (77 qələbə, 56 heç-heçə, 53 məğlubiyyət). Premyer Liqadakı son 10 görüşdə isə bərabərlik vardı – 2 heç-heçə və hərəyə 4 qələbə. Bu oyunda isə "şəhərlilər" böyük hesabla qələbə qazanıblar.
 
İngiltərə Premyer Liqası
28-ci tur
5 mart
 
Lester Siti – Lids 1:0
Qol: Barnes, 67.
 
Aston Villa – Sauthempton 4:0
Qol: Uotkins, 9. D.Luis, 44. Koutinyo, 52. İnqs, 54.
 
Bernli – çelsi 0:4
Qol: R.Ceyms, 47. Haverts, 52; 55. Pulişiç, 69.
 
Vulverhempton – Kristal Pelas 0:2
Qol: Mateta, 19. Zaha, 34-pen.
 
Norviç Siti – Brentford 1:3
Qol: Pukki, 90+2 – Toni, 32; 52; 58.
 
Nyukasl – Brayton 2:1
Qol: Freyzer, 12. Şar, 14 – Dank, 55.
 
Liverpul – Vest Hem 1:0
Qol: Mane, 27.
 
6 mart
 
Uotford – Arsenal 2:3
Qol: Kuço, 11. Sissoko, 87 – Edeqor, 5. Saka, 30. Martinelli, 52.
 
Mançester Siti – Mançester Yunayted 4:1
Qol: De Bruyne, 5; 28. Mahrez, 68; 90 – Sanço, 22.
 
7 mart
 
00:00. Tottenhem – Everton

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest