07 Mart 2022, 23:39
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycanın qadın taekvondoçuları İranın paytaxtı Tehranda keçirilən G2 kateqoriyalı beynəlxalq "Fajr Open" turnirini iki medalla başa vurub. Matc.az xəbər verir ki, ötən gün Patimat Abakarova 53 kq çəkidə bürünc medala yiyələnib.
Bu gün isə 67 kq çəki dərəcəsində yarışan Fəridə Əzizova gümüş medala sahib olub.
Bu nəticə ilə Azərbaycan millisi ümumi komanda hesabında dördüncü yeri tutub.
Yığmamızın baş məşqçisi Səbuhi Zülfüqarov yarışın "ədalətli məşqçi"si, azərbaycanlı referilərdən Aygül Abdullayeva "ən yaxşı hakim" adına layiq görülüb.