08 Mart 2022, 21:48
DÖYÜŞ NÖVLƏRİ
Bu gündən etibarən cüdoçu qızlarımız çexiyanın Nimburq şəhərində təlim-məşq toplanışına başlayıblar. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qadınlardan ibarət yığma komandanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında baş tutan toplanışda əsas məqsəd qarşıdakı yarışlara yaxşı hazırlaşmaqdır.
Təlim-məşq toplanışı 13 marta qədər davam edəcək.