Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev isə yarışın ən yaxşı komanda rəhbəri adına layiq görülüb.

Azərbaycanın kişi taekvondoçuları İranın paytaxtı Tehranda keçirilən G2 kateqoriyalı beynəlxalq "Fajr Open" turnirində 2 medal qazanıblar. Matc.az xəbər verir ki, yarışın son günündə 68 kq-da Cavad Ağayev və 87 kq-da Radik İsayev yalnız final döyüşlərində məğlub olaraq ikinci yeri tutublar.
 
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev isə yarışın ən yaxşı komanda rəhbəri adına layiq görülüb.
 
Qeyd edək ki, daha əvvəl qadın taekvondoçulardan Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (53 kq) isə bürünc medala sahib çıxıblar.
 
Milli komanda martın 10-dan etibarən 4 gün davam edəcək G-2 kateqoriyalı "President Cup Asia" turnirində qüvvəsini sınayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest