Rusiyalı iş adamı Roman Abramoviçin satışa çıxarmasına baxmayaraq, "çelsi"nin başı ağrımaqda davam edir. Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "zadəganlar" üçün son şok forma sponsoru olan "Three"-dən (3) gəlib.
 
Şirkət rəhbərliyi London klubundan onun loqosunu formadan çıxarmağı və stadionun ətrafındakı reklamları da götürməyi xahiş edib.
 
Rusiyanın Ukraynaya hücumundan sonra Abramoviçin İngiltərəyə girişinə qadağa qoyulub və ona sanksiyalar tətbiq olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest