İranın paytaxtı Tehranda təşkil olunan taekvondo üzrə "President Cup" beynəlxalq turniri davam edir. Matc.az xəbər verir ki, bu gün Asiya regionu üzrə kişilər arasında yarışlar baş tutub.
 
Bu yarışlarda Azərbaycanın iki kişi taekvondoçusu medal qazanıb. G-2 kateqoriyalı turnirdə 87 kq çəki dərəcəsində mübarizə aparan Taleh Süleymanov yarışın gümüş medalına sahib olub. Digər təmsilçimiz, Eltac Qafarov (74 kq) isə yarımfinalda məğlub olaraq turniri bürünc medalla başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest