12 Mart 2022, 23:54
FUTBOL
Futbol üzrə Almaniya Bundesliqasında 26-cı tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
“Frayburq” “Volfsburq”u, Mönxenqladbax “Borussiya”sı isə “Herta”nı məğlub yola salıb. “Union Berlin” – “Ştutqart” matçında qalib müəyyənləşməyib.
Lider “Bayern” isə ardıcıl 4 oyundur meydanı qələbə ilə tərk edən “Hoffenhaym”ın qonağı olub. Bu oyunda da tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk edib.
“Auqsburq” - “Maynts” matçı qonaqların heyətində koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınıb.
Almaniya Bundesliqası
26-cı tur
12 mart
Union Berlin – Ştutqart 1:1
Qol: Avoniyi, 41-pen – Kaladziç, 90.
Frayburq – Volfsburq 3:2
Qol: Qrifo, 7; 44. Şlotterbek, 87 – Kruse, 52. Arnold, 84.
Hoffenhaym – Bayern 1:1
Qol: Baumqartner, 32 – Levandovski, 45+3.
Borussiya (Mönxenqladbax) – Herta 2:0
Qol: Plea, 24-pen. Ginter, 59.
13 mart
18:30 Bayer – Köln
20:30 Ayntraxt – Bohum
20:30 Borussiya (Dortmund) – Arminiya
22:30 Qroyter – Leypsiq