Azərbaycanın cüdoçu qızları Albaniyanın Qolem şəhərində təlim-məşq toplanışına başlayıblar. Matc.az xəbər verir ki, bu barədə Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Qadınlardan ibarət yığma komandanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi ilə keçirilən təlimdə əsas məqsəd qarşıdakı yarışlara yaxşı hazırlaşmaqdır.
 
Toplanışda İngiltərə, Polşa, Fransa, ABŞ, Xorvatiya, Niderland, Kosovo və Sloveniyadan da cüdoçular iştirak edirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest