17 Mart 2022, 19:28
DÖYÜŞ NÖVLƏRİ
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, yarışın beşinci günündə Azərbaycan millisinin üzvü Cəlal Qurbanov (63,5 kq) ikinci döyüşünə çıxıb.
1/16 final mərhələsində finlandiyalı Yere Niemelainenə (Finlandiya) qalib gələn boksçumuz bu dəfə sloveniyalı Nik Nikolovla üz-üzə gəlib. Görüş Qurbanovun qələbəsi ilə başa çatıb. O, rəqibini 3:0 (29:27, 29:27, 28:28, 29:27, 28:28) hesabı ilə məğlub edib.
İdmançımız 1/4 finalda İqor Kovtunla (Ukrayna) qarşılaşacaq. Döyüş martın 19-da baş tutacaq.
Həmin gün yarımfinal uğrunda millinin daha 4 boksçusu – Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq) və Nəbi İsgəndərov (67 kq) da rinqə çıxacaq.
Avropa çempionatında final döyüşləri martın 23-də olacaq.