Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatında 1/8 final döyüşləri başa çatıb. Matc.az xəbər verir ki, bu mərhələnin yekununa əsasən Azərbaycan millisinin üzvləri – Ruslan Qədirov (54 kq) və Maqsud Xasmetovun (57 kq) rəqibləri dəqiqləşib.
 
1/8 finalda Başkim Bayokunu (Kosovo) 5:0 hesabı ilə məğlub edən Marian çinio (Rumıniya) mərhələ adladığından ilk döyüşdən azad olan Qədirovla qarşılaşacaq.
 
Xasmetov isə 1/4 finalda Taha Akkoyunla (Türkiyə) gücünü yoxlayacaq. Qardaş ölkə təmsilçisi Matteu Teylora (İrlandiya) 5:0 hesabı ilə qalib gəldiyindən boksçumuza rəqib olub.
 
Hər 2 görüş martın 19-da baş tutacaq.
 
Həmin gün yığmamızın digər üzvləri Nicat Hüseynov (51 kq), Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) da yarımfinal üçün mübarizə aparacaq. Boksçularımız müvafiq olaraq, Antonio Payva (İrlandiya), İqor Kovtun (Ukrayna) və Hüqo Qrau (Fransa) üz-üzə gələcək.
 
Qeyd edək ki, Avropa çempionatında qaliblərinin adları martın 23-də bəlli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest