Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri davam edir. Matc.az xəbər verir ki, Azərbaycan millisinin bu mərhələdə mübarizə aparan 3-cü boksçusu da çıxışını qələbə ilə başa vurub.
 
Ruslan Qədirov (54 kq) da Nicat Hüseynov (51 kq) və Cəlal Qurbanovun (63,5) ardınca adını yarımfinala yazdırıb. O, 1/4 finalda Marian çinionu (Rumıniya) məğlub edib – 5:0 (30:27, 30:27, 29:28, 30:26, 29:28).
 
Boksçumuz komanda yoldaşları kimi yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib. O, sabah keçiriləcək 1/2 finalda Elmir Nəbiyevi (Ukrayna) sınağa çəkəcək.
 
Qeyd edək ki, bu gün Azərbaycan yığmasının daha 2 boksçusu 1/4 final döyüşünə çıxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest