Azərbaycan milli komandası 22 yaşadək boksçular arasında Avropa çempionatında medal sayında rekordunu təkrarlayıb. Matc.az xəbər verir ki, yığmamız bu nailiyyətə Xorvatiyanın Poreç şəhərində keçirilən qitə birinciliyində imza atıb.
 
Boksçularımızdan Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) yarımfinala yüksəlməklə özləri üçün ən azı 4 bürünc medalı rəsmiləşdirib. Növbəti görüşlərdə medalların əyarı dəqiqləşəcək.
 
İndiyədək millimiz yalnız 2012-ci ildə Rusiyada keçirilən U-22-lər arasında Avropa çempionatında 4 mükafata sahib olub. Yığma üzvlərindən Elvin İsayev (60 kq) qızıl, Salman Əlizadə (52 kq) gümüş, Cavid çələbiyev (56 kq) və Heybətulla Hacıəliyev (64 kq) bürünc medal qazanıb.
 
Bu gün yarımfinal döyüşlərinə çıxacaq boksçularımız yeni rekord da müəyyənləşdirə bilərlər. Bunun üçün onlardan ən azı 3-ünün finala yüksəlməsi kifayət edəcək. Həlledici görüşlərdə isə 2 qızıl medal da rekordla əlamətdar olacaq.
 
Qeyd edək ki, Azərbaycan boksçuları yarımfinal döyüşlərinə Bakı vaxtı ilə saat 21:00-dan sonra çıxacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest