Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinal döyüşləri keçirilir

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinal döyüşləri keçirilir. Matc.az xəbər verir ki, bu mərhələyə yüksələn Azərbaycan millisinin üzvü Nicat Hüseynov (51 kq) rinqdən növbəti dəfə qələbə ilə ayrılıb.
 
Dünya və Avropa birinciliklərinin mükafatçısı finala gedən yolda türkiyəli Mehmethan çinarla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma boksçumuzun qələbəsi ilə başa çatıb. Hüseynov 3:2 (29:28, 27:30, 29:28, 29:28, 28:29) hesablı qələbəyə sevinib.
 
O, həlledici döyüşə martın 23-də çıxacaq.
 
Qeyd edək ki, Azərbaycan milli komandasının bu gün daha 3 boksçusu yarımfinal döyüşünə çıxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest