Mütləq döyüş çempionatının (UFC) iki çəki dərəcəsi üzrə çempionu Konor Makqreqor saxlanılıb. Matc.az "Irish Independent"ə istinadən xəbər verir ki, 34 yaşlı döyüşçü İrlandiyanın paytaxtı Dublində avtomobili təhlükəli idarə etdiyi üçün saxlanılıb.
 
Makqreqorun "Bentley Continental GT" markalı avtomobili cərimə meydançasına göndərilib. özü isə polis bölməsinə aparılıb və ona qarşı ittiham irəli sürülüb. O, təqsirləndirilsə, 5500 dollar məbləğində cərimə ödəyəcək və ya 6 aylıq həbs olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest