28 Mart 2022, 11:17
DÖYÜŞ NÖVLƏRİ
Karate üzrə 21 yaşadək qadınlardan və böyüklərdən ibarət Azərbaycan millisinin 3 üzvü Slovakiyanın paytaxtı Bratislavadaki 42-ci qran-pridə bürünc medal qazanıb. Matc.az xəbər verir ki, Xumar Əlibəyova (50 kq) 21 yaşadək qadınlarda və böyüklər arasında, İlahə Qasımova (55 kq) isə böyüklərin yarışında bürünc medala sahib olub.
Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı İrina Zaretska (68 kq) bürünc medal görüşündə qələbəni əldən verib.
Azərbaycan komandası yarışda 10 idmançı ilə təmsil olunub.
Bratislavada qadınların baş məşqçisi Denis Morozov və yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyevin rəhbərliyi ilə 10 idmançımız iştirak edib. Mötəbər yarışa 30 ölkədən 1975 karateçi qatılıb.