Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandası hazırlığa başlayıb. Matc.az xəbər verir ki, məşqlər Boks Mərkəzində keçirilir.
 
Hazırlıqda Azərbaycan birinciliyində fərqlənən boksçular iştirak edirlər. Toplanışa 40-adək idmançı cəlb olunub. Qarşıdakı günlərdə boksçuların və məşqlərin sayının artması planlaşdırılır.
 
Qeyd edək ki, yeniyetmə boksçularımızı ilin ikinci yarısında Avropa birinciliyi gözləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest