29 Mart 2022, 22:14
DÖYÜŞ NÖVLƏRİ
Cüdo üzrə Azərbaycan yığmasının aprelin 4-də Türkiyənin Antalya şəhərində start götürəcək "Böyük Dəbilqə" üçün heyəti açıqlanıb.
1-3 apreldə Türkiyənin Antalya şəhərində baş tutacaq cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan 17 idmançı ilə təmsil olunacaq. Matc.az xəbər verir ki, 66 ölkədən 552 idmançının qatıldığı turnirdə Azərbaycanı təmsil edən oğlan idmançılardan 7 çəki dərəcəsində 13 idmançı, qızlardan isə 3 çəki dərəcəsində 4 idmançı medallar uğrunda mübarizə aparacaq.
Böyüklərdən ibarət milli komandaya baş məşqçi Riçard Trautman, qadınlardan ibarət yığmaya isə baş məşqçi Rəşad Məmmədov rəhbərlik edəcək.
İdmançılarımız 4-10 aprel tarixlərində Antalyada təşkil olunacaq təlim-məşq toplanışında da iştirak edəcək.
Oğlanlar
-60 kq
Turan Bayramov
Rövşən Əliyev
-66 kq
Orxan Səfərov
Yaşar Nəcəfov
-73 kq
Rüstəm Orucov
Telman Vəliyev
-81 kq
Murad Fətiyev
Elcan Hacıyev
-90 kq
Rüfət İsmayılov
-100 kq
Elmar Qasımov
Zelim Kotsoyev
+100 kq
Uşanqi Kokauri
İmran Yusifov
Qızlar
-48 kq
Leyla Əliyeva
Şəfəq Həmidova
-52 kq
Gültac Məmmədəliyeva
-70 kq
Günel Həsənli