Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi yığmadakı işini davam etdirəcək. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə ölkəsinin mətbuatına açıqlama verib.
 
O, çətinliklərin olduğunu etiraf etsə də, UEFA Millətlər Liqasının sonunadək vəzifəsində qalacağını vurğulayıb.
 
66 yaşlı baş məşqçi İtaliya millisinin dünya çempionatından kənarda qalmasına da toxunub: "Bu, futbolun bir parçasıdır. Toylara getmək yaxşıdır, amma dəfn mərasimində iştirak etmək pis? ötən ilin iyulunda qəhrəman olan Roberto Mançini bu gün axmaqdır? Avropa çempionluğunu qazananda hamı onu tərifləyirdi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest